2025-ci ildə Futbol Qaydalarında nə dəyişəcək?
Martın 1-də İFAB özünün ənənəvi sayca 139-cu iclasına toplaşacaq. Hər il olduğu kimi iclasda Oyun Qaydalarına yeni dəyişikliklərin təsdiq edilməsi və mümkün gələcək dəyişikliklərin anons edilməsi nəzərdə tutulub. İclasın gündəliyi ilə aşağıdan tanış ola bilərsiz.
Bu il qaydalara ediləcək ən maraqlı qərar VAR protokolunda olacaq yenilikdir. Yəqin ki, qərar təsdiqləndikdən sonra hakimlər VAR-a baxdıqdan sonra qərarlarını mikrafon vasitəsilə stadiona elan etmək imkanı əldə edəcəklər. Bəli, bu düzəliş artıq bəzi ölkələrdə tətbiq edilir, amma qaydalarda hələ tam əksini tapmayıb.

Müzakirələr bölməsində isə əvvəlki illərdən testləri başlamış yeni sistemlər ilə əlaqədardır:

VAR-ın ucuz alternativi olan Futbol Video Dəstək sistemi ilə bağlı yeniliklər;

Hakim bədənində kamera yerləşdirmək sınaqları;

Ofsayd sınaqları.
Yeni qərarları ənənəvi olaraq, səbirsizliklə gözləyirik.