Azərbaycan Futbol Hakimləri

Tofiq Bəhramov ABŞ-da yad edildi.

Tofiq Bəhramov ABŞ-da yad edildi.
Cari ilin fevral ayında ABŞ-nin Nyu-York şəhərində Tofiq Bəhramovun 100 illik xatirəsinə həsr edilmiş turnir təşkil edilib. Minifutbol yarışı AFFA-nın, “My Way” Uşaq Mərkəzi və Nyu-York İdman Veteranları Assosiasiyasının dəstəyi, ABŞ-də yaşayan həmyerlimiz və veteran futbolçu Arif Zərbəliyevin təşkilatçılığı ilə keçirilib. Ümumilikdə 32 nəfərin iştirak etdiyi minifutbol turnirində uşaq və böyüklər arasında yarışlar keçirilib və qaliblər mükafatlandırılıb.
 
Tofiq Bəhramovun xatirəsini yad etdiklərinə görə təşkilatçılara “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi adından təşəkkür edirik.