"Tofiq Bəhramovun 100 illiyinə həsr olunmuş mini futbol turnirinin püşkatma mərasimi keçirilib"
"Tofiq Bəhramovun 100 illiyinə həsr olunmuş mini futbol turnirinin püşkatma mərasimi keçirilib"
14 iyun tarixində start götürəcək "Tofiq Bəhramov-100" mini futbol turnirinin püşkatma mərasimi baş tutub. Turnirdə ümumilikdə 12 komanda 4 qrup üzrə mübarizə aparacaq.
Püşkatma mərasimində Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov çıxış edərək turnir haqqında ümumi məlumat verib, yarışın təşkilati əhəmiyyətindən və Tofiq Bəhramovun Azərbaycan futbolundakı önəmli rolundan danışıb.
Daha sonra komandalar arasında rəsmi püşkatma həyata keçirilib və qruplar müəyyənləşib. Turnir Azərbaycan Futbol Hakimləri İctimai Birliyi, Azərbaycan Minifutbol Federasiyası və Topazın birgə təşkilatçılığı ilə baş tutacaq. Tunirin media tərafdaşları
Fanat.az və Sportinfo xəbər saytları olacaqlar.