Azərbaycan Futbol Hakimləri

Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş xüsusi kitabça nəşr olunub.

Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş xüsusi kitabça nəşr olunub.

“Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində görkəmli idman xadimi, dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş xüsusi kitabça nəşr olunub.

Kitabçada Tofiq Bəhramovun Azərbaycan və dünya futboluna göstərdiyi misilsiz xidmətlər, onun ədalət, peşəkarlıq və prinsipiallıq kimi dəyərləri təbliğ edən həyat yolu geniş şəkildə əks etdirilib. Nəşrdə həmçinin Azərbaycan futbol hakimliyinin inkişaf tarixi, bu sahədə formalaşmış ənənələr və Tofiq Bəhramovun yaratdığı irsin gənc nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında məlumatlar yer alıb.

Kitabça “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində hazırlanaraq ictimaiyyətə təqdim edilib. Layihənin məqsədi Azərbaycanın futbol tarixində silinməz iz qoymuş Tofiq Bəhramovun irsini yaşatmaq, onun ədalətli oyun prinsiplərini gələcək nəsillərə çatdırmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.